“Real Madrid” Arda ilə bağlı qərar verib
“Real Madrid” türkiyəli futbolçusu Arda Gülerlə bağlı son qərarını açıqlayıb.
Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu klubdan ayrılmayacaq. Bu rəhbərliyin son qərarıdır. “Real Madrid”in baş məşqçisi Karlo Ançelloti Ardanı mövsümün qalan hissəsində daha çox şans verəcəyini bildirib.
Arda “Real”dan ayrılmaq istəmir.
Qeyd edək ki, Arda Güler bu mövsüm “Real Madrid”in heyətində 11 matçda iştirak edib. Gənc futbolçunun məhsuldarlıq göstəricisi yoxdur.