“Real Madrid” – “Barselona”: Heyətlərdəki son durum
Bu gün İspaniya Çempionatının 11-ci turunda əzəli rəqiblər “Real Madrid” ilə “Barselona” üz-üzə gələcək.
Sportline.az xəbər verir ki, hər iki komanda bu matça itkilərlər çıxacaq. Kral klubunda əsas itkilər qapıçı Tibo Kurtua, Dani Karvaxal, David Alaba və Rodriqonun adı ilə bağlıdır.
“Barselona”da isə isə qapıçı Ter Ştegen, Andres Kristensen, Erik Qarsiya, Ronald Arauxo, Mark Bernal və Ferran Torres zədə səbəbindən matçda iştirak etməyəcək.
Görüş Santiaqo Bernabeu stadionunda olacaq.
Qeyd edək ki, “Real Madrid” – “Barselona” matçı bu gün saat 23:00-da başlayacaq. Oyunu 41 yaşlı hakim Xose Maria Martinez idarə edəcək.