“Real Madrid”ə şad xəbər

İspaniya nəhəngi “Real Madrid”in mərakeşli futbolçusu Brahim Diazın zədəsinin sağaldığı qeyd olunur.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı futbolçu El Klassikoda meydanda ola biləcək. Karlo Ançelotti təcrübəli futbolçunu 2-ci hissədə meydana buraxacağı gözlənilir.

Qeyd edək ki, Brahim Diaz bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 6 matçda 1 qol və 1 asistlə yadda qalıb.