“Real Madrid”in yeni hədəfi

“Real Madrid” klubu yanvar ayında “Sosyedad”ın ispanyalı futbolçusu Martin Zubimendi üçün rəsmi təklif göndərəcək.

Sportline.az “Marca” qəzetinə istinadən xəbər verir ki, “Real Madrid” klubunun rəhbərliyi Zubimendi üçün “Sosyedad”a 60 milyon avro ödəməyə hazırdır.

Tərəflər arasında danışıqlar davam edir.

“Liverpul” və “Mançester Siti”də Zubimendi ilə yaxından maraqlanan klubların siyahısında yer alır.

Zubimendinin “Real Sosyedad” klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 17 matçda 1 qol və 1 asistlə yadda qalıb.