“Real” rəhbərliyi Ançelottidən narazıdır

“Real Madrid” rəhbərliyində K.Ançelottiyə qarşı narazılıq yaranıb.

Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyində Ançelottidən narazı olanlar onun bəzi qərarlarını, xüsusilə də Arda Güler başda olmaqla gənc istedadlara şans verməməsi böyük etiraz yaradır.

Rəhbərlik italiyalı çalışdırıcıya hörmət edir və ona sonuna qədər güvəndiyi bildirilir.

Qeyd edək ki, Karlo Ançelottinin “Real Madrid” ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.