"Real" üçün Ançelottinin yerinə ən ideal namizəd
"Real"ın prezidenti Florentino Peres Karlo Ançelottinin gedəcəyi təqdirdə baş məşqçi vəzifəsinə namizədini açıqlayıb.
Sportline.az xəbər verir ki, Peres bu posta ən ideal namizəd olaraq "Bayer"in çalışdırıcısı Xabi Alonsonu görür.
Bu haqda məşhur jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Peresin fikrincə ispaniyalı mütəxəssis oyun üslübu baxımından ən uğurlu seçim olardı.
Qeyd edək ki, son günlərdə İspaniya mətbuatında Xabinin mövsümün sonunda "Real"a keçəcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır.