"Real"da yeni müqavilə

"Real" futbolçusu Luka Modriçə yeni müqavilə təklif edəcək.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, yeni müqavilə 1 illik olacaq. Bildirilib ki, müqavilənin müddətinin az olması 35 yaşlı yarımmüdafiəçinin yaşı ilə əlaqədardır.

Qeyd edək ki, Modriç 2012-ci ildən Madrid təmsilçisində oynayır. Xorvat futbolçunun klubu ilə hazırkı müqaviləsi 2021-ci ilin yayı başa çatır.