Referimiz klublararası dünya çempionatında

Çimərlik futbolu üzrə FİFA referisi İnqilab Məmmədov daha bir təyinat alıb.

Sportline.az xəbər verir ki, o, klublararası dünya çempionatının oyunlarını idarə edəcək.

Yarış 21-27 oktyabr tarixlərində Türkiyənin Alanya şəhərində keçiriləcək.

Qeyd edək ki, İnqilab Məmmədov eyni zamanda futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alır.