Renat Dadaşov İngiltərədə debüt etdi

Milli komandamızın üzvü Renat Dadaşov "Vulverhempton"da debüt edib.

Sportline.az xəbər verir ki, o, U-23 komandasında "Blekbörn"ə qarşı matçda meydana çıxıb. 20 yaşlı forvard 0:1 hesabı ilə uduzduqları görüşdə 86 dəqiqə meydanda olub.

Qeyd edək ki, ötən ilin yayında Premyer Liqa təmsilçisi ilə müqavilə bağlayan Renat qış fasiləsinə qədər Portuqaliyanın  "Pakoş de Ferreyra” klubunda icarədə olub.