Renat Dadaşov yeni müqavilə imzaladı

“Vulverhempton”da çıxış edən millimizin üzvü Renat Dadaşov yeni sponsorluq müqaviləsi imzalayıb.

Sportline.az xəbər verir ki, bu barədə 21 yaşlı hücumçu özünün "İnstaqram" hesabında məlumat yayıb. O, “Adidas” şirkəti ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Renat Dadaşov “Vulverhempton”un U-23 komandasında çıxış edir. Hücumçunun sabah əsas komandanın heyətində “Espanyol”la Avroliqa matçında debüt edəcəyi gözlənilir.