Renatın qolu ayın ən yaxşıları arasında

"Vulverhempton"da çıxış edən millimizin futbolçusu Renat Dadaşovun qolu İngiltərə klubunda yanvar ayının ən yaxşı qoluna namizəd olub.

Sportline.az xəbər verir ki, 20 yaşlı hücumçunun U-23-ün heyətində Beynəlxalq Premyer Liqa Kubokunun qrup mərhələsinin son turunda  "Liverpul"un 23 yaşlılardan ibarət kollektivinin qapısından keçirdiyi top ötən ayın ən yaxşı qoluna namizədlər sırasında yer alıb.

Futbolsevərlər səsvermədə iştirak edərək ötən ayın ən yaxşı qolunu müəyyənləşdirəcək.

Qeyd edək ki, R. Dadaşov mövsümün ilk yarısını icarə əsasında Portuqaliyanın "Pakuş de Ferreyra" klubunda keçirib.