Rəşad Sadıqov Robert Prosineçki ilə görüşdü

Millimizin sabiq kapitanı Rəşad Sadıqov komandamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın futbolçusunun "Kayserispor"un yeni çalışdırıcısı ilə görüşü Antalyada təlim-məşq toplanışı zamanı gerçəkləşib.

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb. Həmin vaxt R.Sadıqov yığmamızın kapitanı olub..