"Roma" heyətini gücləndirdi

"Roma" "Atalanta"nın futbolçusu Rocer İbanesi heyətinə cəlb edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 22 yaşlı müdafiəçi komandada icarə əsasında çıxış edəcək. Paytaxt təmsilçisi braziliyalı futbolçu ilə 2021-ci ilin yayınadək müqavilə imzalayıb.

Qeyd edək ki, R. İbanes ötən ildən "Atalanta"da çıxış edirdi.