"Roma" "Lion"a 18 milyon avro təklif edib
"Roma" "Lion"un gürcüstanlı futbolçusu Jorj Mikautadze üçün 18 milyon avro təklif göndərib.
Sportline.az xəbər verir ki, Fransa klubunun rəhbərliyi bu təklifi qəbul etməyib.
"Lion" 24 yaşlı futbolçu üçün 20 milyon avro tələb edir.
Qeyd edək ki, Mikautadze ötən mövsüm meydana çıxdığı 47 matçda 17 qol 9 məhsuldar ötürmə müəllifi olub.