Ronaldo yenə fərqləndi

"Yuventus"da dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu ada Kriştiano Ronaldo layiq görülüb. 34 yaşlı portuqaliyalı hücumçu ötən ay 6 oyuna 6 qol vurub.

Qeyd edək ki, bu mövsüm İtaliya A seriyasında 14 qol vuran Ronaldo Turin klubunun bombardiridir.