Ronaldonu dayandıran tapılmır

“Yuventus”un hücumçusu Kriştiano Ronaldo A seriyasında dalbadal 10 oyunda qol vurub.

Sportline.az xəbər verir ki, portuqaliyalı futbolçu bu dəfə “Verona”ya qarşı matçın (1:2) 23-cü dəqiqəsində fərqlənib. 35 yaşlı oyunçu A seriyasında bu göstəriciyə ilk dəfə nail olub. Amma “Real”da oynayarkən o, La Liqada ardıcıl 10 matçda qol vurmağı bacarıb.

Beləliklə, Ronaldo Avropanın TOP-5 liqasında 2-də dalbadal 10 oyunda qol vuran ilk futbolçu olub.