Rövnəq Abdullayevin seçkisonrası ilk açıqlaması

4-cü dəfə AFFA-nın prezidenti seçilən Rövnəq Abdullayev fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, planlardan söz açıb:

“İnanıram ki, növbəti 4 ildə müxtəlif proqramlar həyata keçirəcəyik. Məqsədimiz millinin oyununda dönüş etməkdir. Ümid edirəm ki, birgə əl-ələ verib işləyərək bunun öhdəsindən gələcəyik. Qarşıda bizi böyük turnirlə gözləyir. AÇ-2020-nin 4 oyunu Bakıda olacaq. Fikrimcə, bunun ardı da gələcək. Bunun öhdəsindən birgə gələcəyimizə inanıram”.

Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, 2-ci dəfə 2012-ci ildə, 3-cü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.