Rövşən Nəcəf "Neftçi" klubundakı vəzifəsindən ayrılıb
AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" klubundakı vəzifəsindən ayrıldığını bildirib.
Sportline.az xəbər verir ki, o, açıqlamasında "Bu gündən "Neftçi"nin Müşahidə Şurasında iştirakıma xitam verirəm. Kiminsə bura gəlməsi AFFA-dakı tələblərdən, "Neftçi"dəki qərarlardan asılı olacaq. Azərbaycan futbolunun inkişafı naminə tək "Neftçi" yox, digər klublarla da müzakirələr apara bilərik", - deyib.
Qeyd edək ki, AFFA-nın prezidenti Rövşən Nəcəf bu gün keçiriləcək "Neftçi"-"Qarabağ" görüşündə heç bir komandaya azarkeşlik etməyəcəyini bildirib.