Rüfət Dadaşovun müqaviləsinin müddəti bilindi

ABŞ-ın "Feniks Rizinq" klubuna transfer olunan Rüfət Dadaşovun klubla müqaviləsinin müddəti bəlli olub.

Sportline.az xəbər verir ki, millimizin 29 yaşlı hücumçusunun Arizona təmsilçisi ilə sözləşməsi ilin sonuna kimi nəzərdə tutulub. 

Qeyd edək ki, Rüfət Dadaşov "Feniks Rizinq"ə Almaniyanın "Pröyssen Munster" klubundan keçib.

Klublar transfer şərtlərini açıqlamamağa dair razılığa gəliblər.

29 yaşlı forvard 2013-cü ildən Azərbaycan millisinin şərəfini qoruyur.