Rusiya pilotu Bakıda qəza törətdi

"Formula 1” üzrə Azərbaycan Qran-Prisində növbəti qəza yaşanıb.

SportLine.az xəbər verir ki, "Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpılıb. Nəticədə, rusiyalı pilot mübarizəni dayandırıb. Onun maşını trasdan götürülüb.

Qeyd edək ki, aprelin 28-də ilk sərbəst yürüşü zamanı "Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb. Bu gün isə "Formula 2” yarışında "Campos Vexatec Racing” komandasının pilotları -  Luka Qotto və Roy Nissani qəza keçirib.