Rusiyalı futbolçu "Antalyaspor"da

Türkiyənin "Antalyaspor" klubu Rusiyanın "Soçi" klubundan  Fyodor Kudryaşovu transfer edib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, rusiyalı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. 

32 yaşlı futbolçu ötən mövsüm Türkiyənin "Başakşəhər" klubunda oynayıb.

Qeyd edək ki, Kudryaşov Rusiya millisində 35 oyun keçirib.