"Sabah" Moskva "Spartak"ına rəqib oldu

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı son rəqib bəlli olub.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşacaq. Moskva təmsilçisi ilə görüş yanvarın 21-də keçiriləcək.

Xatırladaq ki, yanvarın 8-dən Türkiyədə təlim-məşq toplanışında olan “Sabah”, toplanış çərçivəsində Macarıstanın “Pakş” (0:2) və Rumıniyanın “Akademika Klinçeni” (0:0) klubları ilə qarşılaşıb. Komanda yanvarın 19-da Qazaxıstan “Kaysar”ı ilə üz-üzə gələcək.