“Sabah” “Pakş”la heç-heçə edib

Avstriyada təlim-məşq toplanışında olan "Sabah" futbol komandası bu gün növbəti yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv Macarıstan təmsilçisi “Pakş”la üz-üzə gəlib.

Qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

"Sabah" ilk yoxlama matçında Rumıniyanın "Rapid" komandası ilə heç-heçə edib - 2:2.

Qeyd edək ki, Bakı klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində Sloveniya təmsilçisi "Sele" ilə üz-üzə gələcək. İlk oyun iyulun 10-da evdə, cavab matçı 17-də səfərdə baş tutacaq.