"Sabah"dan gedən legionerin sabahı sual altındadır

“Sabah”dan ayrılan Hendrix Ekşteyn ölkəsi Cənubi Afrikanın klublarından təklif alıb.

Sportline.az xəbər verir ki, bu haqda o, Afrika mətbuatına bildirib. Qışda “Sabah”la müqaviləni qarşılıqlı razılaşma əsasında pozan 28 yaşlı futbolçu karyerasını yenidən xarici klublarda davam etdirmək istəyir:

“Hazırda məqsədim ölkə xaricində oynamaqdır. Bu, mənim uşaqlıq arzum olub. Harada oynayacağımı bilmirəm. Çünki agentim bununla bağlı işləri yekunlaşdırmayıb”.

Xatırladaq ki, Ekşteyn ötən ilin yayından “Sabah”da  çıxış edirdi. O, cari mövsümdə keçirdiyi 16 oyunda (13 Premyer Liqa, 3 ölkə kuboku) 3 qol vurmuşdu.