"Sabah"dan mənfi göstərici

“Sabah” Premyer Liqada ardıcıl 3-cü məğlubiyyətini alıb.

Sportline.az xəbər verir ki, mövsümün ilk yarısını “Qarabağ”a 0:1, “Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda “Zirə”dən 2 cavabsız qol buraxıb.

Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar.

İndiyədək “Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəlki mövsüm yarımda komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.