"Sabah"ın heyətində yeni futbolçu

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.

Sportline.az xəbər verir ki, paxytaxt təmsilçisi Moldova millisinin yarımmüdafiəçisi Yevgeni Koçukla 1,5 illik müqavilə imzalayıb. Məlumatı klubun saytı yayıb.

26 yaşlı futbolçu karyerası ərzində “Daçia” (Moldova) və “Jilina” (Slovakiya) klublarının uğurları üçün çalışıb. Onun son komandası “Səbail” olub.