"Sabah"ın ilk qələbəsi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sabah" bu gün növbəti yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi Qazaxıstanın "Kaysar" klubu ilə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.

"Sabah" bundan əvvəlki yoxlama matçlarında “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

17:00. "Sabah" - "Kaysar" - 3:1