"Sabah"ın oyunlarının təqvimi

“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisi turnirdə “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Praqa, Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Vikinq” (Norveç), “Barselona” (İspaniya) və “Vilyarreal”la (İspaniya) qarşılaşacaq.

Çempionlar Liqasının əsas mərhələsində yarışacaq əsas komandadan fərqli olaraq, "Sabah" və digər 35 klub Gənclər Liqasının Liqa mərhələsində 8 deyil, 6 oyun keçirəcək.

“Sabah”ın oyunlarının təqvimi belədir:

10 sentyabr: “Mançester Yunayted” – “Sabah”

13 oktyabr: “Sabah” – “Slaviya”

20 oktyabr: “Sabah” – “Borussiya” Dortmund

4 noyabr: “Vikinq” – “Sabah”

25 noyabr: “Sabah” – “Barselona”

8 dekabr: “Vilyarreal” – “Sabah”