"Sabah"ın oyununda 4 qol

Antalyada təlim-məşq toplanışına davam edən “Sabah” bu gün daha bir yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, Jelko Sopiçin komandası Rusiyanın “Spartak” klubunun əvəzediciləri ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, "Sabah" bundan əvvəlki yoxlama matçlarında  "Kaysar"a (Qazaxıstan) 3:1 hesabı ilə qalib gəlib, “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.

21 yanvar

“Sabah” – “Spartak 2” - 2:2
Qollar:
 Marko Deviç, 16. Ceyhun Nuriyev, 70.