Sabiq "Qarabağ"lı Yaponiya klubunda

“Qarabağ”ın sabiq futbolçusu Tarik Elyunussinin Yaponiya “Şonan Bellmar"ina keçidi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Elyunussinin son klubu İsveç AİK-i olub. 2019-cu ilin sonunda onun müqaviləsi başa çatıb.

Xatırladaq ki, norveçli oyunçu 2017-ci ilin yayında Ağdam təmsilçisi ilə müqavilə bağlasa da, zədəsi səbəbindən komandada möhkəmlənə bilməyib və cəmi altı ay sonra Azərbaycanı tərk edib.