Sabiq "Qarabağ"lı yenə klubunu dəyişdi

"Qarabağ"ın sabiq futbolçusu, hazırda müqavilə ilə "Benevento"ya məxsus olan Samuel Armenteros icarəyə göndərilib.

Sportline.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını "Krotone"də davam etdirəcək. Bu barədə B seriyası təmsilçisinin saytı məlumat yayıb. O, bu mövsümün sonuna kimi sözügedən klubda icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, bu, Armenterosun 9-cu klubudur. Samuel bundan əvvəl  "Herenven", "Anderlext", "Feyenoord",  "Villem 2", "Qarabağ", "Benevento", "Portlend Timbers"də oynayıb.

Xatırladaq ki, 2015/2016-cı illər mövsümündə “Qarabağ”ın şərəfini qoruyan isveçli futbolçu Ağdam klubunun heyətində 23 oyuna 7 qol vurub.