Sabiq "Xəzər Lənkəran"lı "Siti"nin heyətində

Region Liqasında mübarizə aparan "Ağsu Siti" transfer fəaliyyətini davam etdirir.

Sportline.az xəbər verir ki, bölgə təmsilçisi "Xəzər Lənkəran"ın yetirməsi Kamran Abdullazadəni sıralarına qatıb.

24 yaşlı cinah futbolçusu "Xəzər Lənkəran"la yanaşı, "Sumqayıt" və "Kəpəz" klublarında çıxış edib.