"Səbail" yeni transferini rəsmən açıqladı

“Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportline.az xəbər verir ki, “dənizçilər” Murad Qayalını transfer edib. 
 
Bu barədə klubun mətbuatı xidməti məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb.
 
Qayalının son klubu “Keşlə” olub. Murad həm də Azərbaycanın gənclərdən ibarət millisinin üzvüdür.