"Səbail"in futbolçusu milliyə çağırıldı

“Səbail”in futbolçusu Yevgeni Koçuk növbəti dəfə Moldova millisinə çağırılıb.

Sportline.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi millinin Qətər toplanışına qatılacaq.

Qeyd edək ki, Firat Enginin komandası yanvarın 9-da toplanış çərçivəsində İsveç millisi ilə yoxlama matçı keçirəcək.