"Səbail"in növbəti sınağı

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Səbail" bu gün ikinci yoxlama oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, paytaxt klubu Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

“Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub.

18:00 “Səbail” – “Olimpik” (Donetsk)

“Miracle Resort Otel”