"Səbail"in rəsmisi "Sabah"da

“Səbail”in icraçı direktoru Ramin Həsənov klubdan ayrılıb.

Sportline.az Qol.az-a istinadən xəbər verir ki, o, bundan sonra “Sabah”da çalışacaq.

“Sabah”ın mətbuat xidmətindən məlumat təsdiqlənib. Lakin Həsənovun klubda hansı vəzifəni tutacağı barədə hələlik məlumat yoxdur.

Klubdan bildirilib ki, Həsənovun “Sabah”da hansı vəzifədə çalışacağı haqda gün ərzində məlumat veriləcək.

Qeyd edək ki, Ramin Həsənov 2016-cı ilin iyul ayından "Səbail"də çalışırdı.