Sərgən Yalçın "Beşiktaş"da

Abdullah Avcı ilə yollarını ayıran "Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul klubunu bundan sonra Sərgən Yalçın çalışdıracaq. Klub prezidenti Ahmet Nur Çebi "Yeni Malatyaspor"dan ayrılan mütəxəssislə görüşüb. Tərəflər 1,5 illik müqavilənin imzalanmasında razılaşıblar.

47 yaşlı mütəxəssis futbolçu karyerasına "Beşiktaş"da başlayıb. O, 1991/1997 və 2002-2006-cı illərdə "qara qartallar"da oynayıb.