Sergen Yalçın klubsuz qaldı

Türkiyənin "Yeni Malatyaspor" futbol komandası baş məşqçisi Sergen Yalçınla yollarını ayırıb.

Sportline.az xəbər verir ki, qərar idarə heyətinin iclasında qəbul olunub. 48 yaşlı mütəxəssislə yanaşı onun köməkçiləri də klubu tərk edib.

Qeyd edək ki, Sergen Yalçın 2019-cu ilin iyul ayından komandaya rəhbərlik edib. Onun klubla müqaviləsi bu ilin yayında yekunlaşmalı idi. "Yeni Malatyaspor" Türkiyə Super Liqasında 17 turdan sonra 24 xalla 8-ci pillədə qərarlaşıb.