Serxio Ramos üçün Argentina variantı
"Real"ın və İspaniya millisinin sabiq futbolçusu Serxio Ramos karyerasını Argentinada davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Boka Xuniors" klubu təcrübəli müdafiəçinin xidmətində maraqlıdır.
Bu haqda "Relevo" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 38 yaşlı futbolçunun sözügedən klubla danışıqları uğurlu məcrada davam edir.
Xatırladaq ki, son komandası "Sevilya" olan Ramos iyul ayından etibarən azad agent statusundadır.