Şahruddin Məhəmmədəliyevdən mükəmməl qol
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev komandanın Avstriyadakı toplanışındakı məşqdə baxımlı qolla diqqət çəkib.
Sportline.az xəbər verir ki, təcrübəli qapıçı, həmkarı Koxalskinin qoruduğu qapıdan "qayçı" zərbəsi ilə top keçirib.
O, özünün İnstaqram səhifəsində paylaşdığı videoda zarafatla "Real" Madrid, call me" ("Real" Madrid, mənə zəng et) sözlərini yazıb.