"Şalke" doğma meydanda sevindi

Almaniya çempionatının 18-ci turunda “Şalke” komandası “Borussiya” Mönhenqladbaxı qəbul edib.

Sportline.az xəbər verir ki, matç meydan sahiblərinin üstünlüyü şəraitində keçib. İlk hissədə hər iki tərəf qapısını toxunulmaz saxlayıb. Fasilədən sonra hücumlarını gücləndirən “Şalke” futbolçuları hesabı açıblar. 48-ci dəqiqədə Suat Sərdar fərqlənib.

Çox keçmədən yerli azarkeşlər 2-ci dəfə seviniblər. Bu dəfə Mixail Qriqoriç rəqib qapısına yol tapıb. Bu, görüşdə sonuncu qol olub.

2 cavabsız qolla qələbə qazanan “Şalke” xallarının sayını 33-ə çatdırıb. “Borussiya” Mönhenqladbax isə 35 xalla 2-cidir. Yarış cədvəlinə 37 xalı olan “Leyptsiq” başçılıq edir.