Şenol Günəş Azərbaycandan danışdı

Türkiyə və Azərbaycan milliləri arasında yoldaşlıq matçı Antalya və ya Alanyada keçiriləcək.

Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin millsinin baş məşqçisi Şenol Günəş məlumat verib: "Azərbaycana getdim. Çox isti havası və ortamı var. Azərbaycanla yoxlama oyununu Antalya və ya Alanyada keçirəcəyik".

AFFA-nın daha öncə yaydığı xəbərə görə, oyun may ayında Türkiyədə olacaq.

Qeyd edək ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək.