Siyahıda Azərbaycandan yalnız onun adı var

Football World Rankings portalı dünyanın ən yaxşı məşqçilərinin növbəti reytinqini açıqlayıb.

Sportline.az xəbər verir ki, siyahıda Azərbaycan klublarının məşqçilərindən yalnız, "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov yer alıb. O, 1054 xalla 1 pillə irəliləyərək 578-ci yerə yüksəlib.

Qeyd edək ki, siyahının ilk pilləsində Yürgen Klopp ("Liverpul") qərarlaşıb. "Barselona"nın sabiq baş məşqçisi Ernesto Valverde 2-ci, "River Pleyt"in çalışdırıcısı Marselo Qalyardo 3-cüdür.