Son dəqiqə: UEFA "Beşiktaş"ın qazancına "əl qoyacaq"
UEFA "Beşiktaş"ın gəlirlərinə "əl qoya" bilər.
Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə klubu vaxtı keçmiş borclarına görə gəlirinin bir hissəsini UEFA-ya ödəməli olacaq.
Belə ki, klub maliyyə cəhətdən iflas etmədiyini sübut edə bilməzsə, UEFA "qara qartallar"ın 2020-21 mövsümü üzrə gəlirinin 15%-nə "əl qoyacaq".