Sponsor Azərbaycan klubundan imtina etdi

Danışılmış oyunlarda iştirakda şübhəli bilindiyi üçün 14 üzvü futboldan kənarlaşdırılan "Ağsu"nun taleyi qaranlıq olaraq qalır.

Sportline.az xəbər verir ki, rekord.az-a daxil olan məlumata görə artıq sponsor da klubdan əlini çəkib.

Belə ki, "AzGranat" şirkəti klubu maliyyələşdirməyəcəyini bildirib. Düzdür, rəsmi açıqlama olmayıb.

Amma baş məşqçi Zaur Əsədov və yerdə qalan futbolçulara bu haqda məlumat çatdırılıb.

Çünki baş verən biabırçılıq sponsorları çox əsəbləşdirib. Hər halda "Ağsu" ilə bağlı yekun qərar yaxın 1 həftə - 10 gün ərzində veriləcək.