Stefano Pioliyə əvəzləyici gəlir

"Leyptsiq"in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"ı çalışdıra bilər.

Sportline.az "L'Equipe"yə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 61 yaşlı mütəxəssislə ilkin müqavilə imzalayıb. Razılığa əsasən, o, növbəti mövsümdən komandanı çalışdıracaq.

Qeyd edək ki, "Milan"ı ötən ilin oktyabrından Stefano Pioli çalışdırır.