Suarez "İnter Mayami"ni tərk edəcək

"İnter Mayami"nin hücumçusu Luis Suarez müqaviləsi başa çatdıqdan sonra komandanı tərk edəcək.

Sportline.az "Relevo"ya istinadən xəbər verir ki, klub 38 yaşlı hücumçu ilə müqaviləni yeniləmək fikrində deyil.

Səbəblərdən biri də Suarezin yüksək maaş almasıdır. “İnter Mayami” maliyyə xərclərini optimallaşdırmağa çalışır.