"Sumqayıt" - "Kaposvar" görüşündə 7 qol

Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” klubu bu gün ilk yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Macarıstanın “Kaposvar” klubu ilə qarşılaşıb. Görüş "Sumqayıt"ın 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Sumqayıt" – "Kaposvar" (Macarıstan) - 3:4

Qollar: Mehdi Şərifi, 14 (pen.), Xəyal Nəcəfov, 70, Amil Yunanov, 76.
Türkiyə, “Miracle” otelinin stadionu.