"Sumqayıt" bu klublarla qarşılaşacaq

Sumqayıt"  artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki,  baş məşqçi Ayxan Abbasovun planına əsasən, hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçəcək. "Sumqayıt"  hazırlığın ikinci mərhələsini isə yanvarın 12-dən 26-dək Türkiyədə davam etdirəcək. Komanda təlim-məşq toplanışını Antalyanın Lara bölgəsində keçəcək.

"Sumqayıt" qonşu ölkədə 3 yoxlama oyunundə qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda yanvarın 14-də Macarıstanın "Kaposvar", 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də isə Polşanın "Arka" klubları ilə qarşılaşacaq.