"Sumqayıt" siftəni məğlubiyyətlə etdi

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" futbol komandası ilk yoxlama oyununu keçirib.

Sportline.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Macarıstanın "Kaposvar" klubu ilə üz-üzə gəlib.

Qarşılaşma "gənclik şəhəri" təmsilçisinin 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. "Sumqayıt"ın qollarını 14-cü dəqiqədə Mehdi Şərifi, 68-ci dəqiqədə Xəyal Nəcəfov, 76-cı dəqiqədə Amil Yunanov vurub.

Qeyd edək ki, "Sumqayıt" yanvarın 17-də Rumıniyanın "Politexnika İaşi", 21-də Polşanın "Arka", 25-də isə Qazaxıstanın "Şaxtyor" (Karaqanda) kollektivi ilə qarşılaşacaq.